AFFA üç futbol klubunu cəzalandırdı

12 Noyabr 2013 12:17 (UTC+04:00)
AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

AzNews.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, AZAL - "Qarabağ" matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Bakı" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub, oyununun 27-ci dəqiqəsində "Neftçi" klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Görüşün 1-ci və 31-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri, 16-cı və 59-cu dəqiqələrdə isə "Bakı" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.

AzNews.az