İlham Əliyev Əhməd Davudoğlu ilə görüşüb
12 Noyabr 2013 23:14 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyəyə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulanıb. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
AzNews.az