Saatlı ilə - “Haqq-hesab”

13 Noyabr 2013 09:09 (UTC+04:00)
AzNews.az "Haqq-hesab"ı bu dəfə dəfə Saatlı rayonu ilə aparacaq.


Prezident İlham Əliyev Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Saatlı rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib.

Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi inşa edilib.

Mərkəzi rayon Xəstəxanası əsaslı təmir olunub, 28 kənddə sutəmizləyici qurğular quraşdırılıb.

29 yaşayış məntəqəsini birləşdirən 4 avtomobil yolu layihəsi həyata keçirilib.

Prezidentin Saatlı rayonunun sosial-iqtisadi inkişafının ürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən isə, 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi məqsədi ilə vəsait ayrılıb.

AzNews.az