Mətbuat prospektində bağlanan yol açıldı- Yenilənib

13 Noyabr 2013 13:07 (UTC+04:00)
Bakıda Mətbuat prospektinin bir hissəsində bağlanan yol açılıb.

AzNews.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Mətbuat prospektinin Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər (Yasamal parkı) olan hissəsində aparılan təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.


***
10:33
Bakıda Mətbuat prospektinin bir hissəsi bağlanıb.

AzNews.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Mətbuat prospektinin Gr. Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər (Yasamal parkı) olan hissəsində aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır.

Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin iki istiqamətli hərəkəti təmin edilib.

AzNews.az