“Qanun” bu gün qərar verəcək- Açıqlama

13 Noyabr 2013 11:57 (UTC+04:00)
Bu gün Vergilər Nazirliyinin Audit Departamenti "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol"un sürətini mənə göndəriblər. Yazıblar ki, guya yoxlayıcılar mənə yoxlama haqqında qərar təqdim edəndən sonra yoxlamaya başlayıblar".

AzNews.az-a bu barədə "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

Onun sözlərinə görə, Audit Departamentinin göndərdiyi protokolda yazılanlar əsassızdır: "Yalandır, burda olan insanlar gördülər ki, belə hal olmayıb. Mən gələnə qədər onlar nəşriyyatı mühasirəyə almışdırlar. Yazıblar ki, götürdükləri sənədlərin üzlərini çıxarıb mənə qaytarıblar. Kökündən yalandır. Bildirirlər ki, sənədlərlə yanaşı digər kağızları da ona görə götürüblər ki, sadəcə ayırmaq mümkün olmayıb. Bu da növbəti yalan".

Ş.Xuduoğlu bildirb ki, Audit Departamentindən göndərilən məktub bu gün "Qanun"da müzakirə ediləcək: "Hələ ki nə "yanlış" götürdükləri sənədlər, nə də komputerlər qaytarılıb. Bu gün mütəxəssislərlə bərabər həmin məktub müzakirə olunacaq. Nə edəcəyimizə qərar verəcəyik".


Bahar
AzNews.az