Nazir müavinini qətlə yetirən şəxs həbs edildi

13 Noyabr 2013 15:35 (UTC+04:00)
İranın sənaye, mədənlər və ticarət nazirinin parlament məsələləri üzrə müavini Səfdər Rəhmətabadini qətlə yetirən şəxs bu gün həbs edilib.

APA-nın verdiyi məlumata görə, qatil öz əməlini etiraf edib və qətli şəxsi zəmində törətdiyini bildirib. Ancaq həmin şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, S. Rəhmətabadi noyabrın 10-da Tehranda öz avtomobilində güllələnib.

Onun baş və sinəsinə atəş açılıb.


AzNews.az