İrandan yeni silah sistemi

13 Noyabr 2013 16:55 (UTC+04:00)

İran hava hücumundan müdafiə məqsədilə yeni mərmi istehsal edib.

AzNews.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, "Seyid-2" adlanan bu mərmi orta mənzildə uçuş həyata keçirəcək helikopter, təyyarə və pilotsuz uçuş aparatlarını vura biləcək.

Məlumatda o da qeyd olunub ki, "Seyid-2" daha qatı yanacaqla işləyəcək.

Elcan Məmmədov
AzNews.az