3 manatlıq əsginaslar çap olunsun- Təklif

13 Noyabr 2013 17:01 (UTC+04:00)
"Azərbaycanda 3 manatlıq əsginaslar çap edilməlidir".


"APA-Economics"in məlumatına görə, belə bir təkliflə Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Yevda Abramov çıxış edib.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə xırda pul problemi müşahidə olunur: "5 manatlıq əsginası xırdalamaq üçün görün nə qədər 1 manatlıq lazımdır. Düşünürəm ki, 3 manatlıq əsginas çap olunsa, nə qədər manatlıq əsginasın çap olunmasına qənaət edilər".

Millət vəkili Mərkəzi Bankının sədri Elman Rüstəmova bunu nəzərdən keçirməyi təklif edib.


AzNews.az