915 metr yüksəklikdə toy - Foto
13 Noyabr 2013 20:35 (UTC+04:00)
AŞB-da bir cütlük 915 metr yüksəklikdə qayalıqda evlənib.
Bu vaxta qədər bir sıra maraqlı üsullarla ailə həyatı quran olmuşdu. Amma Amerikada bir cütlüyün evlilik məkanı isə bu vaxta qədər olanlar arasında ən qeyri-adi olanıdır desək, yanılmarıq. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir alpinist təcrübəsi olmayan cütlük risk edərək 915 metr yüksəklikdə qayanın başında evlənmək qərarına gəliblər. İki qayanın arasında xüsusi kəndirlər vasitəsi ilə "İtmiş ox çıxıntısı" adı verilən qayanın üstünə çıxan cütlük burada evlənirlər. Bu qeyri-adi evlilik anı isə Ben Horton adlı fotoqraf tərəfindən lentə alınıb. "Axar.az" həmin fotoları təqdim edir:
AzNews.az