Ailə üzvlərini öldürüb özünü güllələdi
13 Noyabr 2013 21:15 (UTC+04:00)
ABŞ - ın Arizona ştatının Feniks şəhərində 53 yaşlı kişi arvadını, qızını və qaynını güllələdikdən sonra özünü də öldürüb. O öldürdüyü insanların cəsədlərini binanın arxa qapısından həyətə çıxararaq yandırıb.
İstintaq orqanları müəyyən edib ki, bir müddət əvvəl qatil arvadından boşanıb və məhkəmənin hükmü ilə 12 noyabrda əşyalarını yığaraq evi tərk etməli imiş. Gözlənilmədən o evə qayıdıb və evdə kim varsa öldürüb
AzNews.az