Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfəri başa çatıb - FOTO
13 Noyabr 2013 22:18 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb. AzərTAc-ın verdiyi məlumata görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.
Prezident İlham Əliyev artıq Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.
AzNews.az