Tozsoranla 3 min yevro oğurlandı
13 Noyabr 2013 22:57 (UTC+04:00)
AzNews.az İNTERFAX - a istinadən xəbər verir ki, 13 noyabrda İtaliyanın cənubunda, Salerno şəhərində yanacaq doldurma məntəqəsindəki avtomatdan tozsoranın köməkliyi ilə 3 min yevro naməlum şəıxslər tərəfindən oğurlanıb. Hadisə özünəxidmət sistemi ilə qurulan YDM - də baş verib.
Oğrular avtomatın pul qəbul edən yarığını azca araladıqdan sonra cihazın içindəki pulların hamısını tozsoranla çəkib çıxara biliblər. Tozsoran hadisə yerində polislər tərəfindən müəyyən edilərək götürülüb.
AzNews.az