Səfirimiz “Paxtakor” klubunu Bakıya gətirir- Fotolar

14 Noyabr 2013 12:30 (UTC+04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyevin 90 illiyi münasibəti ilə silsilə tədbirləri davam etdirir.


Azərbaycan səfirliyi yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları, alim və ziyalıları, eləcə də incəsənət xadimlərinin Daşkənddə Azərbaycan diasporu və özbəkistanlı həmkarları vasitəsi ilə görüşlərini təşkil edib. Bundan əlavə isə may ayının əvvəllərində Özbəkistan Respublikasında qeydiyyatda olan diplomatik korpusun nümayəndələri və xarici ölkə səfirlərinin Azərbaycanla tanışlıq məqsədi ilə Bakıya səfərləri təşkil olunub. Səfər çərçivəsində qonaqlara Şəhidlər Xiyabanında, Heydər Əliyev Fondunda və eləcə də Fəxri xiyabanda olublar.

Yadda qalan görüşlərdən biri isə Azərbaycanın "Neftçi" klubunun veteranlarının Özbəkistanın "Paxtakor " klubunun futbolçuları ilə Daşkənddəki görüşləri olub. Görüş çərçivəsində veteran idmançılar Daşkənddə simvolik futbol yarışı keçiriblər.

Azərbaycanın Özbəkistandakı səfiri bildirib ki, səfirliyinin təşəbbüsü ilə "Paxtakor" futbol klubunun veteran idmançılarından ibarət 17 nəfər heyət Qriqoriy Seytulin, Berdar Abduraimov, Rustam Durmanov, Tulyaqan İsakov, Yorkin Nazarov, Şuxratcan Rahmanqulov, Gennadiy Denisov, İqor Şikirin, Mustafa Belyalov, Uluqbek Ruzimov, Anvar Raşidov, Azamat Abduraimov, Baxtiyer Eşmuradov, Aleksandr Sazanov, Andrey Miklyayev, Murodjon Əliyev, Ravşan Bazarov Bakıya gəlir. "Paktakor"un veteran oyunçuları "Neftci"nin veteran oyunçuları ilə qardaşlıq görüşü keçiəcəklər. Oyun noyabrın 16-da olacaq.

Azər
AzNews.az