Milli Məclisin büdcəsi 20 milyon oldu

14 Noyabr 2013 13:49 (UTC+04:00)
AzNews.az-ın xəbərinə görə, parlament bu günki iclasında "2014-cü il üçün Milli Məclisin xərclər smetası" haqqında qanun layihəsi də müzakirə edilib.

İclasda bildirilib ki, 2014-cü il üçün Milli Məclisin büdcəsi 19 milyon 102 min manat olacaq.

Bu vəsaitin 68 faizini əmək haqları təşkil edir. 240 min manat vəsait nəqliyyat xərcləri, 48 min rabitə, 121 min beynəlxalq və ölkə daxili, 71 min manat poçt və internet sahəsinə ayrılacaq.

Məsələ müzakirə edilərkən təklif olunub ki, Milli Məclisin büdcəsi bir qədər artırılsın.

Qeyd edək ki, 2013-cü il üçün də parlamentin büdcəsi bu həddə olub.

AzNews.az