Milli Məclisdə büdcə müzakirələri yekunlaşdı
14 Noyabr 2013 14:21 (UTC+04:00)
Milli Məclis 2014-cü il büdcə zərfinin müzakirələrini yekunlaşdırıb.
AzNews.az-ın məlumatına görə, müzakirələrin yekunu olaraq Milli Məclis səslənən təklif və sualların araşdırılması və onların zərfdə nəzərə alınması üçün hökumətə 1 həftə müddətində vaxt verib.
Hökumət bu müddətdə səslənən təklifləri öyrənəcək, onların hansının qəbul olunmasını müəyyənləşdirəcək. Sonra isə onlar büdcədə öz əksini tapacaq. Bundan sonra isə büdcə Milli Məclisdə qəbul olunacaq.
Yekunda isə büdcə zərfi Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcək.
Qeyd edək ki, büdcə zərfinin müzakirələri 3 gün çəkib.
AzNews.az