Gürcüstan sərhədində erməni saxlanıldı

14 Noyabr 2013 20:22 (UTC+04:00)
Ermənistan-Gürcüstan sərhədindəki "Ninotsminda" nəzarət-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri 1,67 qram marixuana keçirmək istəyən Ermənistan vətəndaşını saxlayıblar.

APA-nın "Qruziya Onlayn" saytına istinadən verdiyi xəbərə görə, başlanmış cinayət işi üzrə toplanan materiallar istintaq üçün Samtsxe-Cavaxeti polis idarəsinə verilib.

AzNews.az