“Qanuni oğru“ dəfndə öldürüldü

14 Noyabr 2013 21:00 (UTC+04:00)
Ermənistanda İrəvan yaxınlığındakı Sərdarabad kəndində 41 yaşlı Armen Yepremyan öldürülüb. Anspress erməni mətbuatına istinadən bildirir ki, hadisə bu gün günün ikinci yarısında baş verib.

Ermənistan polisinin məlumatına görə, Armen Yepremyan əslində Moskvada yaşayır və cinayət aləmində "Tep Armen" kimi tanınan "qanuni oğru"dur. İki gün qabaq o, qohumlarının dəfnində iştirak etmək üçün kəndə gəlibmiş.


AzNews.az