2 polis əməkdaşı qətlə yetirildi

14 Noyabr 2013 22:00 (UTC+04:00)
Dağıstanın Kumtorkalinski rayonunda naməlum silahlı şəxslərin açdığı atəş nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin açıqlamasında deyilir.

Məlumata görə, bu gün 20.00 radələrində Dağıstanın Kumtorkalinski rayonunda naməlum silahlı şəxslər salonunda polis əməkdaşlarının olduğu avtomobili gülləbaran edib.

Cinayətkarların müəyyən olunması istiqamətində əməliyyat aparılır.(apa)