Baş nazir baba oldu

15 Noyabr 2013 08:59 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın nəvəsi dünyaya gəlib.

AzNews.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, baş nazirin nəvəsi dünən – noyabrın 14-də İstanbulun Bağcılar rayonun Medipol Mega Xəstəxanasında dünyaya gəlib.

Bilal ve Reyyan Ərdoğan yeni doğulan övladlarına Əli Tahir adını veriblər. Xəstəxanadan bildirilib ki, yeni doğulan körpənin sağlıq durumu normaldır.

R.T.Ərdoğan və oğlu Bilal gecə saatlarında Əli Tahiri və gəlini Reyyanı ziyarət etmək üçün xəstənaya da gəliblər.

Qeyd edək ki, R.T.Ərdoğan bir neçə gün öncə Məhərrəm ayı ilə bağlı keçirilən məclisdə nəvələrinin adlarının Həsən və Hüseyn olduğunu, yeni dünyaya gələcək nəvəsinə isə Əli adının veriləcəyini bildirmişdi.

AzNews.az