Şiələrə hücum: 41 ölü

15 Noyabr 2013 09:44 (UTC+04:00)

İraqda Aşura günü şiələrə edilən hücumlarda ən az 41 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb

AzNews.az xəbər verir ki, ən qanlı hücum paytaxt Bağdadın 140 kilometr şimal-şərqindəki Əl - Sadiq şəhərində baş verib. Aşura mərasimi üçün toplanan kütlənin arasına girən kamikadze üzərindəki bombaları partladıb. Hadisədə ən az 32 adam həyatını itirib, 75-si isə yaralanıb.

Digər hadisə isə Bağdadın cənubundakı Hafriye şəhərində baş verib. Piyada Kərbəlaya gedən şiə hacılarının yemək yediyi çadırlarda partlayan iki bomba isə ən az 9 nəfərin ölümünə səbəb olub.

Hələlik baş verən hadisələrin məsuliyyətini boynuna götürən olmasa da, şiə vətəndaşlar terrorların Əl-Qaidə təşkilatına yaxınlığı ilə tanınan İraqlı silahlı qruplar tərəfindən reallaşdırıldığını bildirilir.

Elman
AzNews.az