Pensiya islahatına qarşı aksiya keçirilir

15 Noyabr 2013 12:59 (UTC+04:00)
Ermənistan parlamentinin binası önündə icbari pensiya yığım sisteminin tətbiqinə qarşı etiraz aksiyası keçirilir.

Parlament önündə toplaşanların sayı təqribən 200 nəfərdir.

Aksiyanı "İcbari pensiya öndənişlərinə qarşı" təşəbbüs qrupu keçirir.
Qeyd edək ki, gələn il yanvarın 1-dən ölkədə pensiya yığım sisteminin mütləq qaydada tətbiq edilməsi planlaşdırılır. Yeni sistemə 1974-cü il yanvarın 1-dən sonra andan olanlar daxil ediləcək. Gələn il təqribən 250 min vətəndaşın bu sistemə keçəcəyi gözlənilir.(trend)