Prezident Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında

15 Noyabr 2013 15:26 (UTC+04:00)
Noyabrın 15-də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısına duz-çörək təqdim edilib. Prezident əvvəlcə Jen-Mironosits kilsəsinə baş çəkib.

Sonra Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib. Dövlət başçısı Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub.

Daha sonra çay süfrəsi arxasında görüş təşkil olunub.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein, Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni, Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev, Alban-udin dini icmasının sədri Robert Mobili, Bakıdakı katolik kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbəsi yanında dinlərin coğrafiyası mərkəzinin rəhbəri Roman Silantyev, Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri Vladimir Doroxin və Nikolay Pastkeviç, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Prezident İ. Əliyev görüşdə çıxış edib.

Sonra Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein danışıb.

Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin prezident İlham Əliyevə məktubunu oxuyub.

Daha sonra A. Paşazadə, V. Çaplin və M. Yevdayev çıxış ediblər.

AzNews.az