“Əli Kərimli, dollarlar haradandır?“- Deputat

15 Noyabr 2013 16:33 (UTC+04:00)
Xəbər verdiyimiz kimi "Azadlıq" qəzetinə dəstək olmaq üçün yardım marafonu keçirilir.

Marafonda iştirak edən AXCP sədri Əli Kərimli "Azadlıq" qəzetinə 1000 dollar ianə bağışlayıb.

AXCP sədrinin bu hərəkətinə millət vəkili Aydın Mirzəzadə münasibət bildirib. O, Facebook profilində bunları qeyd edib: "Maraqlıdır, niyə radikal müxalifət lideri yardımı milli Azərbaycan manatı ilə yox, xarici ölkə valyutası ilə edib? Məgər o maaşı xarici valyuta ilə alır ? Cənab Əli Kərimli bununla Azərbaycan dövlət atributlarından birinə hörmətsizliyini nümayiş etdirmiş olur. İkinci tərəfdən, sual olunur, o xarici ölkə valyutasını hardan alır, ümumiyyətlə onun gəliri hardandır ki, hələ yardım da edə bilir. Bəlkə bu hadisə, radikal müxalifətin xaricdən maliyyəşməsi barədə iddiaları təsdiq etmiş olur. Prezident seçkilərinə müxalifətə verilmiş dollarların kiçik bir hissəsini müxalifət lideri nümayişkarəna surətdə kiməsə yardıma xərcləyir.

Dollarlar haradandır, Əli Kərimli?"


AzNews.az