İranın Moskvadan istəyi

15 Noyabr 2013 22:13 (UTC+04:00)
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və iranlı həmkarı Hüseyn Amir-Abdollahiyan noyabrın 18-də Moskvada Yaxın və Orta Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə İranın Moskvadakı səfirliyindən bildirilib. Səfirliyin məlumatına görə, Hüseyn Amir-Abdollahiyan Moskvaya bazar ertəsi yola düşəcək.

Səfirlikdə olan mənbənin məlumatına görə, söhbət Suriya ilə bağlı noyabrın 25-də keçiriləcək Rusiya - ABŞ - BMT görüşlərinə İranın da qatılması ilə bağlı olacaq. Yəni İran Rusiyanın dəstəyi ilə bu görüşə qatılan ölkələr arasında olmaq istəyir. Daha öncə Ərəb Dövlətləri Liqasından verilən məlumata görə, "Cenevrə -2" görüşündə Rusiya ilə yanaşı Böyük Britaniya, Misir, Fransa, Almaniya, İtaliya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ və ABŞ nümayəndələri qatılacaqlar.

AzNews.az