Şahzadə at əti yeməyə çağırdı - VİDEO
15 Noyabr 2013 23:20 (UTC+04:00)
Böyük Britaniya kraliçası II Yelizavetanın qızı şahzadə Anna atlara qayğıya həsr olunan konfransdakı çıxışında hamını at ətindən daha çox istifadə etməyə çağırıb. Musavat.com-un Sky News-a istinadən verdiyi məlumata görə, şahzadə Anna deyib ki, insanların at ətindən istifadəyə və onun dəyərinə münasibəti dəyişməlidir.
World Horse Welfare xeyriyyə təşkilatına rəhbərlik edən şahzadənin fikrincə, qidada at ətindən daha çox istifadə olunsa, at sahibləri onların qayğısına daha çox qalarlar. Anna bildirib ki, Fransanın atçıları atlara ona görə daha yaxşı yanaşırlar ki, at ətini sərfəli qiymətə sata bilərlər. Çünki, Fransada at əti digər heyvanların ətindən daha bahadır.
AzNews.az