Əhməd Davudoğlu ABŞ-a gedir
16 Noyabr 2013 08:32 (UTC+04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfər edir.
Trend məlumat verir ki, nazir ikitərəfli görüşlər keçirmək üçün noyabrın 16-18-də ABŞ-da səfərdə olacaq.
Səfər çərçivəsində Ə.Davudoğlunun ABŞ-ın dövlət katibi Con Kerri və müdafiə naziri Çak Heygel ilə görüşəcəyi gözlənilir.
AzNews.az