Nazir bahalı saatına görə vəzifəsini itirdi

16 Noyabr 2013 14:00 (UTC+04:00)
Polşada nəqliyyat naziri Slavomir Novak vəzifəsindən istefa verməyə məcbur olub.

Buna onun 6 min dollarlıq saat taxması səbəb olub. Nazir bu saatı əmlak bəyannaməsinə daxil etmədiyinə görə cəzalandırılıb.

Bundan xəbər tutan baş nazir Donald Tusk nəqliyyat nazirinin istefasını qəbul edib.

Artıq prokurorluq keçmiş nazirin deputat toxunulmazlığının ləğvi məsələsinə baxır.

Hüquq-mühafizə orqanlarının məlumatna görə, nazir bəyannamədə bahalı saatını göstərməli idi.

Keçmiş nazirin bahalı saatından xəbər tutan deputat Anjey Romanek bu barədə prokurorluğa müraciət edib.

Araşdırma zamanı məlum olub ki, nazir bahalı saatının bəyannamədə göstərməyib. Beləliklə də o, vəzifəsini itirib.

Elnur
AzNews.az