Pakistanda sünni-şiə davası: 7 ölü

16 Noyabr 2013 15:30 (UTC+04:00)
Pakistanın Ravalpindi şəhərində Raca Bazar bölgəsindən Aşura mərasimləri zamanı baş verən hadisələrdə 7 nəfər həyatını itirib.


AzNews.az xəbər verir ki, şəhərdə Aşura mərasimi üçün toplaşan minlərlə insan cümə namazının ardından "Qədimi" məscidinə doğru irəliləyərkən, yoldakı vahhabi Şeyx Qulam Ullahan məscidində şiələr əleyhinə xütbə verildiyini görüblər.

Bu səbəbdən insanlar məscidə hücum ediblər. Nəticədə məscid və ətrafındakı çox sayda iş yeri yandırılıb.

Məscid tamamilə yanıb. İkin məlumatlara görə, hadisə nəticəsində 7 adam həyatını itirib, 20 nəfər isə yaralanıb. Polis müdaxilə edə bilmədiyi üçün hadisə yerinə hərbçilər, yanğınsöndürmə maşınları və xilasetmə qrupları gətirilib.

Elman
AzNews.az