Sabah hava dəyişkən buludlu olacaq
16 Noyabr 2013 11:33 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında noyabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 17-də  əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
AzNews.az