Qabil Hüseynli: “Kofi Annanın planı Suriyanı dağıtdı”

7 Avqust 2012 15:26 (UTC+04:00)
Münaqişə və mübahisəli məsələlərin həllində özünəməxsus rolu olan Kofi Annan tuduğu postdan istefa verdi. Əksər siyasi müşahidəçilər hesab edirlər ki, Annanın istefaya getməsi Suriya məsələsinin nöqtəsini qoyub. Yəni artıq Bəşər Əsəd rejiminin fatihəsi verilib. Bundan sonra Əsədin devrilməsində üsyançılara və müxalifətə verilən beynəlxalq dəstək açıq müstəviyə keçiriləcək. "Axı Kofi Annan planı real deyildi. Çünki bu plan təqdim olunana kimi Bəşər Əsəd əhalinin 10 mindən çoxunu qırmış və camaatın gözünü qorxutmuşdu". Bu fikirləri AzNews.az-a Politoloq Qabil Hüseynli Annanın istefasını şərh edərkən deyib. Onun sözlərinə görə, Bəşər Əsəd diktator olaraq hakimiyyəti nəzarətində saxlamaq üçün nə lazım gəlibsə onu da edib. BMT də bütün bu günahlara görə Bəşədin hakimiyyətdən getməsini və ondan sonra sülh yolu ilə proseslərin tənzimlənməsini, ilk növbədə ölkədə demokratik seçkilərin keçirilməsini əsas tuturdu: "Bunlar Kofi Annan planında da əksini tapmışdı. Amma ruslar da bu şüarların təsiri altında Bəşər Əsədin istefaya göndərilməsi məcələsini BMT-nin məlum qərarından çıxarmağa nail oldu. Kofi Annanın əlində əvvəlcədən fiaskoya uğrayacağı bəlli olan bir layihə vardı: Tərəfləri atəşkəsə sövq etmək. Kofi Annanın Dəməşqə ayaq qoyduğu gün səhər saat 6-da atəşkəs elan olundu. Atəşkəsə Əsədin qoşunları heç olmasa 1 saat əməl etdilərmi? Yox. Bütün şəhərlərdə atəşkəs elan olunsa da yenə cammatı qırmaqda, hökumət qoşunları at oynatmaqda davam etdilər. Sərhəddə bir neçə müxalifət qüvvəsi vardı ki onları da tutduqları mövqedən vurub uzaqlaşdırdılar".
"Amma Rusiya və Çin kimi iki totalitar ölkələrin məsuliyyətsiz hərəkətləri üzündən qırğınlar daha da dərinləşdi, ölkənin bütün böyük şəhərləri dağıdıldı" deyən siyasi şərhçi bildirib ki, əgər əvvəlcə müharibə kiçik lokal xarakter daşıyırdısa, kiçik miqyaslı qarşıdurma halında idisə indi genişmiqyaslı vətəndaş müharibəsinə çevrilib: "Yəni Kofi Annan planı buna gətirib çəxardı. Rusların və çinlilərin səyləri, əgər buna səy demək mümkündürsə, ölkədə vətəndaş müharibəsinin başlanmasına və bu müharibənin genişlənməsinə səbəb oldu. Nə edilməli idi? Bəşər Əsədə imkan yaradılmalıydı ki, özünün günahsız xalqına qarşı tanklarla, toplarla, yeri gələndə vertolyot və təyyarəlarlə atəş aça-aça onların qarşısına çıxsın. Bu məsuliyyəsiz planın başında Rusiya dururdu. Çünki Rusiyanın orda maraqları vardı, Rusiya orda silah satırdı, Rusiyanın orda hərbi dəniz donanması vardı. Ərəb ölkələri arasında Rusiyanın təsiri olan yeganə ölkə Suriya idi. Sırf strateji maraqları baxımından Rusiya "ərəbdi ölür, ölsün də", müsəlmandı ölür, ölsün də" yanaşmasını əsas götürür və belə bir məntiqlə hərəkət edirdi".

Gültən
AzNews.az