Türkiyənin F-16 - ları Suriyanın hədəfində

16 Noyabr 2013 20:33 (UTC+04:00)
Suriya raketləri Türkiyənin F-16 hərbi təyyarələrini hədəfə götürüb. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə silahlı qüvvələrinin baş qərargahından məlumat verilib.

Məlumata görə, Türkiyə hərbi hava qüvvələri bu gün səhər saat 08.40 radələrində Hatay vilayətinin üzərində uçan beş ədəd "F-16" təyyarəsi Suriya ərazisindən "SA-2" raketləri ilə hədəfə götürülüb. Təyyarələrin radar sisteminə üç dəfə müdaxilə edib.

AzNews.az