Erməniyə 18 il həbs kəsildi
16 Noyabr 2013 20:39 (UTC+04:00)
İstanbulda ağır cinayətlər məhkəməsi kirayədə qaldığı evin yiyəsini öldürmüş Ermənistan vətəndaşı Qriqor İşxanyana 18 il həbs kəsib.
ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmə onun cinayət zamanı affekt halında olmasını nəzərə alıb və bu, onu ömürlük həbs cəzasından qurtarıb. Məhkəmə onun arvadı Seda Beqinyanı da həbsdən azad edib.
Qriqor İşxanyan evində kirayədə qaldığı Camal adlı İstanbul sakinini qısqanclıq zəminində öldürdüyünü deyir. Arvadı ilə o, hadisə baş verən gün ev sahibini qonaq çağırıbmışlar. Bir neçə saatdan sonra o, tualetə gedir, geri qayıdanda arvadını Camalın qucağında görür və bıçağa əl atır.
AzNews.az