Rusiya Hindistana təyyarədaşıyan gəmi verdi

16 Noyabr 2013 22:08 (UTC+04:00)

Rusiya Hindistanın hərbi-dəniz donanması üçün "Admiral Qorşkov" kreyserinin bazasında yığılan "Vikramaditya" təyyarədaşıyan gəmisi verib. Bu gün İNTERFAX bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, gəminin təntənəli təhvilvermə mərasimi "Sevmaş" tikinti müəssisəsində baş tutub. Gəmidə rus bayrağı endirilib, hind bayrağı qaldırılıb. Təzə kapitanın arvadı Suradca Berri gəminin bortunda kokos sındırıb.
Yaxın vaxtlarda gəmi dislokasiya yerinə yola düşərək, hind donanmasının flaqmanı olacaq. "Vikramaditya" Hindistanın hərbi-dəniz qüvvələrində ikinci təyyarədaşıyan kreyser olacaq. İndiyə qədər donanmada Britaniya istehsallı "Hermes" kiçik təyyarədaşıyan gəmiləri bazasında qurulmuş 1959 - cu ildə hazırlanmış "Biraat" təyyarədaşıyanı vardı.
AzNews.az