Ceyms Appaturay Gürcüstanda səfərdədir

16 Noyabr 2013 23:34 (UTC+04:00)
NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, sabah səhər saatlarında Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşəcək və sonra Gürcüstanın yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, Georgi Marqvelaşvili "Gürcü Arzusu"nun namizədi kimi oktyabrın 27-də keçirilən prezident seçkilərində qələbə qazanıb. Sabah onun andiçmə mərasimi keçiriləcək. Mərasimdə iştirak etmək üçün Gürcüstana 53 ölkədən nümayəndələr gəlib.

AzNews.az