ŞOK!!! 600-ə yaxın Suriya ermənisi İrəvanda məskunlaşdı

7 Avqust 2012 16:03 (UTC+04:00)

Bütün aviaşirkətlər Suriya reyslərini dayandırdığı bir məqamda Ermənistan hava yolları şirkəti "Armavia" Suriya ermənilərini ölkəyə daşımaqda davam edir. Rəsmi məlumatlarda həmin ermənilərin Ermənistana gətirildiyi deyilsə də, əsl məqsəd onların Qarabağa yerləşdirilməsidir. AzNews.az Newsarmenia.ru saytına istinadən xəbər verir ki, bu ay ərzində Aleppo – İrəvan reysi ilə 593 Suriya ermənisi ölkəyə gəlib. Bu barədə məlumatı aviaşirkətin mətbuat xidməti adı çəkilən sayta ötürüb.
Mətbuat xidmətindən verilən məlumata görə 9 iyuldan etibarən İrəvan – Aleppo- İrəvan reysi Suriya ermənilərini çıxarmaq məqsədiylə bərpa olunmaqla yanaşı xüsusi reyslər də açılıb.
Qeyd edək ki, Suriyada yüz minə yaxın erməni yaşayır və onların Ermənistana dolayısıyla Qarabağa yerləşdirilməsi ölkəmiz üçün ciddi problemlər yarada bilər.

Sadiq
AzNews.az