Polis əməkdaşı ailəsi ilə qəzaya uğradı: 1 ölü, 3 yaralı

17 Noyabr 2013 11:32 (UTC+04:00)
Qaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan 86-cı kilometrliyində, Qaxın Cəlayer kəndi ərazisindən keçən magistralda baş verib.

Hadisə şaidlərinin AzNews.az-a verdiyi məlumata görə, 49 yaşlı Qax rayon sakini Arif Məmmədovun idarə etdiyi "Vaz-21099" markalı avtomobil əks istiqamətində hərəkət edən Zaqatala rayon sakini, 35 yaşlı Hüseyn Məmmədlinin idarə etdiyi "Volkswagen" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Volkswagenin sürücüsü Hüseyn Məmmədlinin həyat yoldaşı 24 yaşlı Pərvanə Məmmədova aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Hüseyn Məmmədli və onun oğlu 3 yaşlı Aydın Məmmədli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

"Volkswagen"in sürücüsü Hüseyn Məmmədlilinin Zaqatala RPŞ-nin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Elman
AzNews.az