Saakaşvili getmədən öncə 1000-dən çox orden verdi

17 Noyabr 2013 12:33 (UTC+04:00)
Səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Mixail Saakaşvili sonuncu dəfə səlahiyyətlərindən sitifadə edib və 1000-dən çox gürcü və əcnəbini mükafatlandırıb. Musavat.com-un Mixail Saakaşvilinin Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, onun müxtəlif ordenlərlə təltif etdiyi şəxslər arasında ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da var.

Məlumata görə, mükafatlandırılan şəxslərin Gürcüstan dövlətinin inkişafına, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə verdikləri töhfə nəzərə alınıb.

AzNews.az