3 rus məmuru güllələyən azərbaycanlıya hökm oxundu - VİDEO

17 Noyabr 2013 18:42 (UTC+04:00)
Surqutda emalatxanasını dağıtmağa gələn məmurlardan iki nəfərini güllələyərək öldürən Şahin İsgəndərova hökm oxunub.
Noyabrın 14-də keçirilən məhkəmədə hakim təqsirkar tərəfin xahişlərinin bəzi məqamlarını məqsədəmüvafiq sayıb. Belə ki, təqsirləndirilən şəxs - Şahin İsgəndərov əqli xəstə hesab olunaraq, məcburi müalicəyə göndərib. O, müalicə almaq üçün Volqoqradda yerləşən qapalı tipli məcburi tibb müəssisəsinə göndərilib.

Məhkəmədə eyni zamanda hadisə yerinə məmurlarla gedən polis işçisinə də məmurların təhlükəsizliyini qoruya bilmədiyinə və özü ilə silah götürmədiyinə görə inzibati tənbeh cəzası verilib.

Xatırladaq ki, ötən ilin oktyabrında sahibkara sexin yığışdırılması barədə qərarı təqdim etmək üçün azərbaycanlı ailəyə məxsus şin təmiri sexinə sahə müvəkkili ilə bərabər, yerli idarəetrmə orqanlarının iki məmuru gəlib. Sonra tərəflər arasında mübahisə düşüb. Bundan əsəbiləşən sahibkarın oğlu - Şahin İsgəndərov məmurlara atəş açıb. Onlardan biri yerindəcə keçinib, o biri isə reanimasiyada vəfat edib.

Onu da bildirək ki, cinayət işinin istintaqı bir ildən çox çəkib.




Əli
AzNews.az