Kubanda bir ailə qətlə yetirildi - FOTO

17 Noyabr 2013 21:24 (UTC+04:00)

AzNews.az RIA.RU - ya istinadən xəbər verir ki, 16 noyabrda Krasnodar vilayətinin Starominskaya stansiyasında, həyət evində ev sahibəsi, onun böyük qızı və yeznəsi öldürülüb. Bundan başqa sahibənin yaralanmış kiçik qızı da sonradan xəstəxanada keçinib. Ev sahibəsinin keçmiş əri qətlin törədilməsində şübhəli bilinir.
Bu günə qədər 94 axtarış qrupu və Kuban aviasiyası qatili axtarmaq üçün səfərbər olunub. Bundan başqa 600 ictimaiyyət nümayəndəsi və 84 kazak da bu axtarış tədbirlərinə qoşulub. İndiyədək stansiyanın 500 həyət-bacası və eləcə də 600-dən çox avtonəqliyyat yoxlanılıb.
Biz də qətldə şübhəli bilinən şəxsin şəklini təqdim edirik.

AzNews.az