İradə Tuncay aparıcı olacaq - Eksklüziv

7 Avqust 2012 16:44 (UTC+04:00)
Məşhur publisist, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay bu yaxınlarda televiziyaların birində yeni telelayihənin aparıcısı olacaq. Televiziyanın adı da bizə məlumdur, ancaq müəyyən səbəblərə görə bunu hələlik açıqlamaq istəmirik.
Məlumatı təsdiqləmək üçün İradə xanımla əlaqə saxladıq. O, məlumatı təsdiqlədi, lakin müəyyən səbəblərə görə, detalları açıqlamaq istəmədiyini bildirdi: "Hələ telekanalın adının açıqlanmasını istəmirəm. Burada sosial-siyasi mövzuların geniş müzakirə edilməsi planlaşdırlır". Verilişdə maraqlı mövzulara toxunacaqlarını diqqətə çatdıran İradə xanım verilişin sentyabr ayında ekran üzü görəcəyini qeyd etdi.


Elza
AzNews.az