Corab oğrusu saxlanıldı
18 Noyabr 2013 08:49 (UTC+04:00)
Qaradağ rayonunda corab oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən görə, Şirvan şəhər sakini Böyükağa İmanov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. B.İmanov Sədərək ticarət mərkəzində iki mağazadan oğurluq etdiyinə görə tutulub. O, Cahid Hacıyevin mağazasından 180 cüt, İsmayıl Səlimovun mağazasından isə 120 cüt corab oğurlamaqda təqsirləndirilir.
Hazırda polis onun digər mağazalarda da oxşar əməllər törədib-törətmədiyini araşdırır.
AzNews.az