Qusarla - “Haqq-hesab”

18 Noyabr 2013 09:44 (UTC+04:00)
AzNews.az-ın "Haqq-hesab" layihəsinin budəfəki qonağı Qusar rayonudur.

Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezident sərəncamlarına əsasən son illər ərzində bir sıra yenidənqurma tədbirləri həyata keçirilib.

7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb.

Bundan başqa prezident sərəncamına əsasən Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Qusar Rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan da vəsait ayrılıb.

Qeyd edək ki, ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. 2011-ci il 1 noyabr tarixinə olan məlumata əsasən rayonun əhalisi 90 438 nəfərdir.

AzNews.az