Tatarıstanda qəzaya uğrayan təyyarədə terror izi (Video)

18 Noyabr 2013 10:35 (UTC+04:00)
Tatarıstanın Kazan şəhərində 50 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbləri araşdırılır.

Qəzanın səbəbləri arasında bir neçə versiya var ki, bunlardan biri də terror aktıdır.

Təhqiqat komissiyasının sədr müavini Marat Zarifovun sözlərinə görə, qəzanın səbəbləri arasında müxtəlif ehtimallar var: "Qəzanın müxtəlif səbəbləri olar bilər - hava şəraiti, pilotun səhvi.

Bütün versiyalara baxılacaq, o cümlədən də terror aktı versiyasına.

Belə fikirlər səsləndirilir ki, ötən il də bu təyyaradə problem yaranıb. Biz bu versiyanı da araşdıracağıq".

Təyyarənin terror aktı nəticəsində qəzaya uğramasının səbəbi kimi prezident oğluna sui-qəsd ehtimalı irəli sürülür.



Elnur
AzNews.az