Məşhur azərbaycanlı alim vəfat etdi

18 Noyabr 2013 11:20 (UTC+04:00)
Bu gün Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan professor, filologiya elmlər doktoru Yusif Seyidov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən modern.az-a verilən məlumata görə alim bu gün səhər 84 yaşında vəfat edib.

"Azərbaycan Dövlət mükafatı" laureatı olan Yusif Seyidov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və onun tədris metodikası kafedrasının əsasını qoyaraq, 1965-ci ildən dünənə qədər oranın rəhbəri olub. Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb.

1929-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş Y.Seyidov gənc kadr kimi 1967-ci ildə professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz, Yusif Seyidova minnətdardır.


AzNews.az