Qəzaya düşən təyyarənin qara qutusu tapıldı

18 Noyabr 2013 11:48 (UTC+04:00)
Tatarıstanın paytaxtı Kazanda qəzaya uğrayan "Boeing 737" markalı təyyarənin "qara qutu"su tapılıb.

Rusiya mətbuatının məlumatına görə, hələlik "qara qutu" yoxlanılmayıb.

Xatırladaq ki, Moskva - Kazan aviareysi ilə hərəkət edən "Boeing-737" sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub. Ölənlər arasında Tatarıstan prezidentinin oğlu da var.

Elnur
AzNews.az