Dərmandan zəhərləndi

18 Noyabr 2013 11:55 (UTC+04:00)

Xırdalan şəhərində zəhərlənmə hadisəsi baş verib.

Bu dəfə də zəhərlənmə səbəbi dərman olub. Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə bu gün Xırdalan şəhəri Quşçuluq yaşayış sahəsində baş verib.

Massivdə yaşayan Cəmilə Dadaşova adlı şəxs öz evində qəbul etdiyi dərmandan zəhərlənib. Xəstəxanaya gətirilən C.Dadaşova ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Ruhiyyə
AzNews.az