Xurmanın içindən narkotika çıxdı
18 Noyabr 2013 20:26 (UTC+04:00)
Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü Emin Şahin oğlu Əsgərova qardaşı Əsgərin gətirdiyi sovqata baxış keçirilərkən 2 ədəd xurma meyvəsinin içərisində gizlədilmiş 1 büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və 2 ədəd xurma meyvəsinin içərisində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Emin Əsgərov AR CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 185.2.1; 185.2.2; 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilib.
AzNews.az