Suha Ərafat: “Zəhəri şorbaya qoymuşdular“

18 Noyabr 2013 21:29 (UTC+04:00)
Fələstin Milli Muxtariyyətinin banisi və birinci başçısı Yasir Ərəfatın dul qadını bildirib ki, onun ərini yaxınlarından biri şorba ilə zəhərləyib. ANS PRESS ərəb mətbuatına istinadən bildirir ki, Suha Ərəfat bunu Misir telekanalına müsahibəsində söyləyib.

Suha Ərafat mərhum ərinin qalıqlarının ekspertizasını keçirməyə inad edib və İsveçrə alimləri onun nümunələrində radioaktiv polonium-210 elementi tapıblar. Bu nəticə indiki Fələstin hakimiyyətinə Ərəfatın ölümünün "qeyri-təbii yolla" olduğunu deməyə imkan verib.


"Zəhəri şorbaya qoymuşdular. Əbu Əmmar (yəni Ərafat) birinci qaşığı udandan sonra onu sanki cərəyən vurdu… Qaşığı ataraq hamam otağına qaçdı", - deyə Suha Ərəfat Misirin "DreamTV" telekanalına bildirib.

AzNews.az