“Saakaşvilinin həbsi ölkə üçün yaxşı hal deyil”

19 Noyabr 2013 09:59 (UTC+04:00)



Bunu Gürcüstan parlamenti sədrinin müşaviri David Zurabişvili bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin həbsi ölkə üçün yaxşı heç nə vəd etmir:

"Mənim məlumatıma görə, Saakaşviliyə qarşı heç bir istintaq aparılmır. Yaxın gələcəkdə də bununla bağlı heç nə gözləmirəm. Ümumiyyətlə prezidentin həbsi ölkə üçün heç də yaxşı hal deyil. Əgər gələcəkdə araşdırma başladılarsa, baxarıq. İndiki mərhələdə bu mənə inandırıcı gəlmir".

Elnarə
AzNews.az