Təmir zamanı avtomobil yandı, yaralı var

19 Noyabr 2013 12:24 (UTC+04:00)
Bakıda təmir zamanı avtomobil yanıb, bir nəfər xəsarət alıb.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayonu Daş Karxanası küçəsindəki avtomobil təmiri sexində, orada işləyən Ucar rayon sakini Ruzigar Əlizadə Kəlbəcər rayon sakini Vüqar Əmiraslanovun "Toyota" markalı avtomobilində təmir işləri apararkən qısa qapanmadan yanğın baş verib.
Avtomobil tam yanıb, R.Əlizadə xəstəxanaya yerləşdirilib.

AzNews.az